Elxan Poluxov CAR Parlamentinin spikeri ilə görüşüb
29 avqust 2012 13:50 (UTC +04:00)

Elxan Poluxov CAR Parlamentinin spikeri ilə görüşüb

Avqustun 28-dək Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov Qərbi Keyp əyalətinin paytaxtı Keyp Taun şəhərində rəsmi səfərdə olub.



Azərbaycanın CAR-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, səfər zamanı Elxan Poluxov Parlamentin spikeri M. V. Sisuslu ilə tanışlıq görüşü keçirib.



Elxan Poluxov CAR Parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu söyləyib, Azərbaycanda sürətlə gedən inkişaf prosesi, ölkəmizin ağrılı Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini bildirən səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib. Daha sonra Elxan Poluxov parlamentlərarası diplomatiyanın əhəmiyyətinə diqqət çəkib və bu münasibətlərin dövlətlər arası əlaqələrdə xüsusi rol oynadığını bildirib. O, Milli Məclisdə artıq CAR-la dostluq qrupunun mövcud olduğunu da nəzərə çatdırıb.



M.V. Sisulu Elxan Poluxovun CAR Parlamentinə göstərdiyi maraqdan məmnun olduğunu, Azərbaycanla CAR arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün əhəmiyyətli və vacib olduğuna inandığını bildirib. CAR Parlamentinin bir çox dünya ölkələri ilə əlaqədə olduğunu diqqətə çatdıran spiker bir sıra beynəlxalq təşkilatlara da, üzv olduqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar