İctimai Televiziyanın 7 yaşı oldu
Lent.az-ın verdiyi məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti “İctimai televiziya və radio yayımı haqqında” qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio yayımı haqqında” qanunla tənzimlənir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 2005-ci il aprelin 16-da Yayım Şurasının 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib. Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. 005-ci il avqustun 29-da 29 avqust tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin açılış mərasimi keçirilib. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir. Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilinin 80%-ini dövlət dili olan Azərbaycan dili, 20%-ini sə əcnəbi dillər təşkil edir.
Ötən dövr ərzində İctimai Televiziya və İctimai Radio ictimai-siyasi, mədəni həyatımızın ayrılmaz bir parçasına çevrilib. İctimai Televiziya ürəklə, həvəslə, çəkinmədən ailəcə baxa bildiyimiz bir kanaldır. Milli-mənəvi dəyərlərimizin qorunmasına, milli və bəşəri sənət nümunələrinin təbliğinə xüsusi yer ayırır. Xəbər proqramları, analitik verilişləri, müxtəlif ictimai əhəmiyyətli müzakirələri həvəslə seyr edilir, maraqlı layihələri, əhatəliliyi, səviyyəsi ilə seçilir. İctimai Televiziyanın həm “Eurovision” yarışmalarında, həm son Olimpiya Oyunlarında göstərdiyi peşəkarlıq, operativlik diqqət çəkib. İctimai Televiziyanın analitik proqramları da səviyyəsi ilə seçilir. “Çarpaz baxiş”, “Aktual”, “Ortaq məxrəc” verilişləri də cəmiyyətin bir sıra sahələrdə mövcud olan problemlərini ictimai müzakirəyə çıxarır və ən fərqli fikirlərə yer ayırır. Mədəniyyətimizə, ədəbiyyatımıza və tariximizə həsr edilən verilişləri də əhəmiyyətlidir, öz orijinal yanaşması ilə seçilir
İctimai Televiziyanın kadr potensialı da güclüdür. Bu kanala rəhbərlik edənlər televiziya sahəsində uzun illər çalışmış, bu işin incəliklərinə bələd olan insanlardır.
Həmkarlarımızı təbrik edirik!

868