Azərbaycan və Koreya arasında Hökumətlərarası Komissiya yaradılacaq
29 avqust 2012 11:31 (UTC +04:00)

Azərbaycan və Koreya arasında Hökumətlərarası Komissiya yaradılacaq

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.





Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki ilə müqayisədə 72,5 faiz, bu ilin yanvar-iyul ayları ərzində isə 25 faiz artıb. İqtisadi inkişaf naziri digər sahələrdə də əlaqələrin inkişaf etdiyini, mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırıb. Li Ci Ha isə ölkəsində Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, Koreya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini dilə gətirib.





Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Şahin Mustafayev və Li Ci Ha imzalayıblar. Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında Hökumətlərarası Komissiyanın yaradılması məsələləri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar