Azərbaycan və Belarus arasında bir sıra sazişlər imzalanıb
28 avqust 2012 19:57 (UTC +04:00)

Azərbaycan və Belarus arasında bir sıra sazişlər imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı danışıqlardan sonra Minskdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və hüquq-mühafizə sahələrinə dair bir sıra hökumətlərarası sazişlər imzalanıb.



APA-nın “İnterfax”a istinadən xəbərinə görə, tərəflər lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli iqtisadi və təşkilati şərtlərin yaradılması haqqında saziş imzalayıb.



İki ölkənin daxili işlər nazirləri mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmin olunması, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında sazişlər imzalayıb. Bundan başqa, Azərbaycan və Belarus odlu silahın, döyüş ləvazimatlarının və partlayıcı maddələrin qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizə sahəsində də razılaşma əldə edib.



İki ölkənin ədliyyə nazirləri tibbi ekspertiza sahəsində əməkdaşlıq, səhiyyə nazirləri isə dərman vasitələrinin qeydiyyatı və keyfiyyətinə nəzarət sahəsində əməkdaşlıq haqqında sazişlərə imza atıblar.



Bundan başqa, “Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar