Prezident İlham Əliyev Belarusa gedəcək
28 avqust 2012 11:50 (UTC +04:00)

Prezident İlham Əliyev Belarusa gedəcək

Avqustun 28-29-da Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdə olacaq. APA-nın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb. Səfər zamanı Azərbaycan prezidenti belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.





Dövlət başçıları həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək danışıqlarda iqtisadi-ticarət əlaqələrinin, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcəklər. Tərəflər beynəlxalq arenada çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunacaq. Danışıqların yekunları əsasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1123

Oxşar yazılar