Tehran rəsmisindən şairlərin həbsdən buraxılması tələb olundu
0
0
«Azərbaycan vətəndaşlarına qarşı heç bir əsası olmayan uydurma ittihamlar dövlətlərarası münasibətlərdə etimad kontekstində ciddi görünmür». Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı ilə görüşünü şərh edərkən bildirib.
X. Xələfov qeyd edib ki, Azərbaycan vətəndaşlarının uydurma ittihamla həbs edilməsi məsələsi S. A. Əraqçı ilə görüşündə ciddi şəkildə qaldırılıb. “Azərbaycan vətəndaşlarına qarşı əsassız və sübutu olmayan ittihamlar qəbul edilməzdir və iki ölkə arasında münasibətlərinə ciddi zərbə vurur”.
X. Xələfov qeyd edib ki, görüş zamanı vətəndaşlarımızın azad olunması tələbi irəli sürülüb. “İran tərəfi də razılaşdı ki, bu məsələ iki ölkə arasında münasibəti qıcıqlandırıcı amildir və tezliklə onun həlli tapılmalıdır”, - X. Xələfov bildirib.