Dövlət Komitəsindən iki istefa
24 avqust 2012 12:52 (UTC +04:00)

Dövlət Komitəsindən iki istefa

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iki vəzifəli şəxsi tutduğu postdan istefa verib. APA-nın məlumatına görə, bunlardan biri Aparat rəhbəri, Ümumi şöbənin müdiri Səfalı Nəzərli, digəri isə Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarovdur. Hər iki şəxs öz ərizəsi ilə işdən uzaqlaşıb.


2007-ci ildən DQİDK-də çalışan Səfalı Nəzərlinin 63, Elçin Cabbarovun isə 59 yaşı var. E. Cabbarov həm də DQİDK-nin təsisçisi olduğu “Cəmiyyət və din” qəzetinin baş redaktoru olub.

Xatırladaq ki, bu il mayın 31-də Hidayət Orucov DQİDK-nin sədri vəzifəsindən çıxarılıb, bu vəzifəyə Elşad İskəndərov təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4351

Oxşar yazılar