“İran tərəfi şairlərimizin hansı cinayətdə təqsirli bilindiyini açıqlamır”
APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
E. Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən Azərbaycan şairlərinin işi üzrə hakimlə görüşüblər və hakim onları hökmün 15-20 gün ərzində çıxarılacağına əmin edib. Bununla belə, şairlərin konkret hansı cinayət əməlində təqsirli bilinmələri barədə Azərbaycan tərəfinə hələ də heç bir rəsmi məlumat verilməyib.
E. Abdullayev Baş Konsulluğun Azərbaycan vətəndaşlarına lazımi hüquqi yardımı göstərdiyini də vurğulayıb.
Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.

994