“Başqanlıqdan danışmaq təlimata ziddir”- AÇIQLAMA
19 avqust 2012 12:10 (UTC +04:00)

“Başqanlıqdan danışmaq təlimata ziddir”- AÇIQLAMA

Müsavatın Divan üzvü Vurğun Əyyub Qubad Ibadoğlunun partiya başqanlığına daha şanslı olduğunu deyib.

O, “Bizim Yol” qəzetinə müsahibəsində Müsavatın Divan üzvü olan Qubad Ibadoğlunu bir çox müsbət keyfiyyətləri olan şəxs kimi xaraketrizə edib və onun şanslı olmasını da bununla izah edib.

Bəs Müsavat Partiyasında bu barədə nə düşünürlər? Müsavat başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında deyib ki, indidən bu barədə fikir söyləməyi partiyanın nizamnaməsinə ziddi sayır. “Hakimiyyət Müsavat Partiyasına qurultay keçirmək üçün yer ayırmır. Beləliklə də partiyanın qurultayı qeyri-müəyyən vaxta qalıb. Partiya nizamnaməsinə və təlimata görə qurultayın vaxtı bəlli olmamış başqanlığa namizədlik irəli sürülə bilməz. Əgər namizədlik irəli sürülməyibsə, indidən kiminsə şanslı olması fikir söyləmək nizamnaməyə və təlimata ziddir. Ona görə də mən bu barədə fikir söyləmək istəmirəm”, - deyə Gülağa Aslanlı bildirib.

azadliq.info
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar