Elçibəyin ailəsi bəyanat verdi
17 avqust 2012 20:43 (UTC +04:00)

Elçibəyin ailəsi bəyanat verdi

0
“Mərhum Əbülfəz Elçibəyin ailəsi onun ölümü ilə bağlı hər-hansı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli Bakı prokurorluğunun Elçibəyin zəhərlənməsi faktı üzrə cinayət işi açması barədə məlumatını “Turan”a şərh edərkən bildirib.

O deyib ki, ailə bəyanat vermək səlahiyyətini ona həvalə edib.

A. Səmədbəyli Elçibəyin ailəsinin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını doğru hesab etməyib.

A. Səmədbəyli qeyd edib ki, müxtəlif vaxtlarda Elçibəyin adı ilə bağlı müxtəlif spekulyasiyalar olub: “Biz bu spekulyasiyalara son qoyulmasını xahiş və tələb edirik. Bu, Əbülfəz Elçibəyin ailəsini çox narahat edir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4527

Oxşar yazılar