Prezident İlham Əliyev Misirin Azərbaycandakı səfirini qəbul edib - FOTO
17 avqust 2012 14:31 (UTC +04:00)

Prezident İlham Əliyev Misirin Azərbaycandakı səfirini qəbul edib - FOTO

Azərbaycan prezidenti İlham Əliyev avqustun 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirib.

Prezident İlham Əliyev S. Mansura gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını deyib.

Diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan misirli səfir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797

Oxşar yazılar