Azər Həsrətin təşkilatı qeydiyyata alındı
13 avqust 2012 20:02 (UTC +04:00)

Azər Həsrətin təşkilatı qeydiyyata alındı

2003-cü ildə qurulan və daha çox özünün Orta Asiya ölkələrindəki fəaliyyəti ilə tanınan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN – Central Asian and Southern Caucasian Freedom of Expression Network) adlı təşkilat Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bunu Lent.az-a açıqlamasında qurumun sədri Azər Həsrət bildirib.

A. Həsrət deyib ki, nəhayət başçılıq etdiyi qurum 9 ildən sonra dövlət qeydiyyatına alınıb: “Düzdür, onun qeydiyyatının bu qədər yubanmasında Azərbaycan hakimiyyətini günahlandıra bilmərik. Çünki bu qurum 2003-cü ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) struktur vahidi kimi qurulub. Əsas məqsəd Orta Asiya və Güney Qafqaz bölgəsində ifadə azadlığı və jurnalistlərin hüquqlarının qorunması idi. Şəbəkə özünün ilk fəaliyyət ilində beynəlxalq səviyyədə tanınmış və hətta çox nüfuzlu mükafatlardan birinə - Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute) ildə bir dəfə təqdim etdiyi “Azad Media Öncülü” (Free Media Pioneer) mükafatına layiq görülüb. Lakin zaman keçdikcə biz hiss etdik ki, CASCFEN heç bir quruma bağlı olmadan müstəqil fəaliyyət göstərməlidir”.

QHT sədrinin sözlərinə görə əsas missiya söz azadlığı mədəniyyətinin formalaşdırılmasına yardım etmək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1466

Oxşar yazılar