Pakistanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edib
13 avqust 2012 13:28 (UTC +04:00)

Pakistanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş Nazirinin katibliyi nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baraha Ko şəhərində təşkil olunan təntənəli mərasimdə Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf və qızı, baş nazirin müşaviri Şahnaz Vazir Ali, “Pakistan Sweet Home” fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak edib.

Tədbirdə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən humanitar, təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilmiş və Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edilməsi qeyd edilib. Həmçinin bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərində “Akbar Care” serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürəkdə əməliyyatları aparılıb.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın birinci xanımı Nüsrət Pervez Aşraf Mehriban Əliyevanın Pakistanda həyata keçirtdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsi təşkil etdiyinə görə dərin minnətdarlığını bildirib və bu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulayıb.

Pakistan baş nazirinin müşaviri Ş. Vazir Ali “Pakistan Sweet Home” fondunun icraçı direktoru Zamurad Xan mərasimdə çıxış edərək Mehriban Əliyevanın təşkil etdiyi genişmiqyaslı aksiyanı təqdirəlayiq adlandırıblar. Tədbirin sonunda hər bir uşağa hədiyyə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596

Oxşar yazılar