Qənirə Paşayeva onu tənqid edənlərə mesaj göndərdi-FOTO
Millət vəkili Qənirə Paşayevanın Somali qaçqınlarına yardım etməsi üçün Afrikaya səfər etməsi birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə bu səfəri və deputatın iki həftəlik istirahətini Somalidə keçirib, həkimlik etməsini alqışlayanlarla yanaşı, bunu tənqid edənlər də tapılıb.
Bu gün millət vəkili elə sosial şəbəkələrdə də “tənqidçiləri”nə cavab verib.
“Həyatda hər zaman doğru bildiyim şeyləri etmək istədim. Amma bilmirəm bəzi insanlar niyə ciddi narahat olur, mənim Somaliyə gəlməyimdən... Yazırlar ki, Azərbaycanda müharibədən əziyyət çəkənlərin başını sığallayın, somalilərin yox... Allah özü belələrinə rəhm etsin... Mən bilmirəm bu adamlar müharibə dövründə harda idi, amma mən elə müharibə bölgəsində doğulmuşam, ailəm də müharibə zamanı həmin bölgədə ön cəbhədə yaşayıb, müharibə zamanı yaxınlarını, dostlarını, qohumlarını ən çox itirmiş, şəhid vermiş şəxslərdən, ailələrdən birinin üzvüyəm. Müharibə zamanı tələbə olmağıma baxmayaraq, Qarabağda tibb bacısı kimi də kömək etmişəm, jurnalist kimi də daim cəbhə bölgələrində işləmişəm. O zaman da bu gün də ən çox qaçqın və məcburi köçkünlərlə görüşən, əlindən gələn köməyi edən insanlardan biriyəm. Çünki mən parlamentdə ön cəbhə bölgələrindən birinin təmsilçisiyəm” deyə qeyd edən Q. Paşayeva onun tətilini Somalidə keçirməsinin müzakirə edilməsinin mahiyyətini anlamadığını bildirib: “Bu adamların başqalarına “niyə 2 həftəlik Bodruma, Antaliyaya gedirsən?” dediklərini eşitmədim, amma mənim öz halal tətilimi Somalidə keçirməmdən narahat olduqları üçün “niyə getmisən?” deyirlər. Bu nə mənəviyyatdır İlahi... Sən özün bu qəlbin, düşüncənin yiyələrinə kömək ol... Qardaşım, mən tətilimi harda keçirməli olduğumu sizdənmi soruşub icazə almalıyam? Mən sizə niyə tətilinizi əylənərək, kef edərək keçirirsiniz deyirəmmi? Nədir sizin dərdiniz?”
Q. Paşayeva qeyd edib ki, Somalidən sonra tətilinin qalan hissəsini Arakan köçmənləri arasında və Kərkükdə keçirəcək: “Zəhərinizi qusmaq üçün yeni mövzunuz da var artıq”

7497