Ermənistan ordusunun rəhbərliyində Azərbaycanda doğlumuş ermənilər var
10 avqust 2012 19:46 (UTC +04:00)

Ermənistan ordusunun rəhbərliyində Azərbaycanda doğlumuş ermənilər var

Bu barədə Lent.az Ermənistan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Onun bir müavini və Müdafiə Nazirliyinin aparat rəhbəri də Azərbaycanda doğlumuş ermənidir. Belə ki, S. Ohanyanın müavini Alik Mirzəbekyan 1959-cu ildə Xocavənd, Aparat rəhbəri Qarnik Ayrapetyan isə 1970-ci ildə Xankəndidə doğulub.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinlərindən də ikisi Azərbaycanda doğulmuş ermənilərdəndir. Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan 1963-cü ildə Azərbaycanın keçmiş Xanlar (Göygöl) rayonunda, general-leytenant Valeri Qriqoryan isə 1952-ci ildə Xankəndidə doğulub. Maraqlıdır ki, V. Qriqoryanın atasının adı Nərimandır.

Ermənistan prezidentinin müşaviri və Baş İnspeksiya İdarəsinin rəisi, general-polkovnik Mikail Arutyunyan isə 1946-cı ildə Şamaxı rayonunda anadan olub.

Bunlardan başqa, Ermənistan Müdafiə Nazirliyində, Baş Qərargahında, həmçinin ordu korpuslarının rəhbər vəzifələrində xeyli sayda Azərbaycanda doğulub-böyümüş erməni təmsil olunur.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar