“Biz Sizinlə qürur duyuruq” – Prezidentə uzaq Sibirdən yazırlar
05 may 2020 10:30 (UTC +04:00)

“Biz Sizinlə qürur duyuruq” – Prezidentə uzaq Sibirdən yazırlar

Bu günlərdə istər ölkə vətəndaşlarından, istərsə də xaricdə yaşayan soydaşlarımızdan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Belə məktublardan birini Elçin Mirzəyev Rusiyanın Bryansk şəhərindən göndərib.

Lent.az həmin məktubu təqdim edir.

- Hörmətli cənab Prezident.

Rusiyanın Bryansk şəhərində yaşayan və ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz doğma ölkəmiz üçün gördüyünüz böyük və əhəmiyyətli işlərinizi hər zaman diqqətlə izləyir və təqdir edirlər.

Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin qabaqlayıcı tədbirlərinizin, imzaladığınız sərəncamların, qəbul etdiyiniz qərarların, həmçinin həkimlərimizin, polislərimizin qayğısı və xidmətləri əvəzsizdir. Buna görə Sizə bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, biz doğmalarımızla əlaqə saxlayanda rahatlıq tapırıq. Hər bir çətin dövrdə Sizin necə güclü lider olduğunuzun bir daha şahidi oluruq. Doğmalarımızın sağlamlığının, hüquqlarının qorunmasına, onlara yardımların verilməsinə, sadalamaqla bitməyən digər işlərə görə Sizə minnətdaram. Biz Sizinlə həmişə qürur duyuruq, fəxr edirik. Allah Sizə, xalqımıza yar olsun!

Hörmətlə,

Mirzəyev Elçin Ramiz oğlu.

Rusiya Federasiyası, Bryansk şəhəri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar