Zəncəfilin bilmədiyimiz   faydaları
28 yanvar 2023 11:20 (UTC +04:00)

Zəncəfilin bilmədiyimiz faydaları

Təbii dərmana çevrilən zəncəfilin tərkibindəki bəzi kimyəvi birləşmələr orqanizmdə mikroblarla mübarizə aparmağa kömək edir.

Lent.az xarici mətbuata istinadla bildirir ki, zəncəfilin tərkibində olan "gingerfilol" adlı aktiv birləşmələr ağız boşluğunda olan bakteriyaların böyüməsinə mane olur. Bu bakteriyalar periodontal xəstəliyə, ciddi diş əti infeksiyasına səbəb ola bilirlər.

Zəncəfil hamiləlik zamanı ürəkbulanmanı aradan qaldırır. Zəncəfil əzələ ağrılarını zamanla aradan qaldıra bilər. Bəzi tədqiqatlarda, məşqdən sonra əzələ ağrıları olan və zəncəfil qəbul edən insanların ertəsi gün ağrıları nisbətən daha azaldığı üzə çıxıb.

Zəncəfil iltihab əleyhinədir və şişkinliyi azaldır. Bu, xüsusilə romatoid artrit və osteoartritin simptomlarının müalicəsində faydalı ola bilər.

Bəzi tədqiqatlar göstərir ki, zəncəfilin tərkibindəki bioaktiv molekullar kolorektal, mədə, yumurtalıq, qaraciyər, dəri, döş və prostat xərçənginin böyüməsini ləngidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Arzu Qurbanlı

Oxşar yazılar