Yumurtalıq xərçəngi xəstəliyi inkişafın gec mərhələsinə qədər tez-tez diaqnoz qoyulmayan xərçənglərdən biridir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, doqquz simptom yumurtalıq xərçəngi ilə əlaqəli problemləri göstərə bilər.
Bunlara şişkinlik, iştahsızlıq, qarın ağrısı, tez-tez sidiyə getmə, anormal vaginal qanaxma kimi fərdi simptomlar daxildir. Bundan əlavə, yumurtalıq xərçəngi adətən 65 yaşdan yuxarı qadınlarda rast gəlinir.
Qeyd etmək lazımdır ki, yumurtalıq xərçənginin erkən aşkarlanması tam sağalma şansını əhəmiyyətli dərəcədə artıra bilər. Buna görə də şübhəli vəziyyət yaranarsa, dərhal təcrübəli mütəxəssislə əlaqə saxlamaq lazımdır.