Yumurta yemək niyə vacibdir? - Koronavirusu...
04 may 2021 09:29 (UTC +04:00)

Yumurta yemək niyə vacibdir? - Koronavirusu...

Yumurta koronavirusun gedişatını yüngülləşdirə bilir. 

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, dietoloq Marqarita Koroleva toyuq yumurtasının ağciyərin vəziyyətini yaxşılaşdırmağa kömək etdiyini açıqlayıb. Dietoloq bildirib ki, yumurta zülalı infeksiya ilə mübarizə aparmağa kömək edən immunoglobulinlərin qurulması üçün vacibdir. Yumurta sarısında olan yağ komponentləri ağciyərin alveolalarında da var. İmmunitet hüceyrələrinin divarları da bu yağlardan təşkil olunub. Buna görə də yumurta və heyvani yağları qida rasionuna daxil etmək vacibdir.

Dietoloq onu da deyib ki, yumurtada olan A vitamini, immunitetə koronavirusu məhv edən "qatil hüceyrələr"in ifrazını aktivləşdirməyə kömək edir. Yumurtada olan E vitamini isə antioksidant xüsusiyyətlərə sahibdir və toksinlərin orqanizmdən kənarlaşmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

Oxşar yazılar