Yeni  təhlükəli virus   yayıldı - XƏBƏRDARLIQ - 400-dən çox yoluxan var
21 iyun 2023 18:26 (UTC +04:00)

Yeni təhlükəli virus yayıldı - XƏBƏRDARLIQ - 400-dən çox yoluxan var

Tailandda turistlərə yeni təhlükəli virusun - çikunqunyanın yayılması ilə bağlı xəbərdarlıq edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Asiyanın məşhur kurort ölkəsinin səhiyyə işçilərinə istinadən iyunun ilk həftəsində 485 çikunqunyaya yoluxma faktı olduğunu bildirib. Bu, 127 hadisənin qeydə alındığı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 282 faiz çoxdur.

Məlumata görə, çikunqunyanın ən çox görülən simptomu, tez-tez ağrı ilə müşayiət olunan qəfil qızdırmadır. Xəstəliyin digər əlamətlərinə əzələ və baş ağrıları, ürəkbulanma, yorğunluq və səpgi daxildir. Qeyd edilir ki, oynaqlar aylarla, hətta illərlə ağrıya bilər. Ciddi ağırlaşmalar nadirdir, lakin xəstəlik yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.

Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə, virus insanlara ağcaqanad dişləməsi ilə keçir. İlk dəfə 1952-ci ildə Tanzaniyanın cənubunda rast gəlinib və indi Asiya, Afrika, Avropanın 40-a yaxın ölkəsində təsbit edilib. Ən son Amerikada ortaya çıxıb.

Əlamətlər adətən ağcaqanad dişləməsindən dörd-səkkiz gün sonra görünür.

# 3099
avatar

Fidan İlqar

Oxşar yazılar

yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30
yumurta

Hər gün yumurta yemək orqanizmə necə təsir edir?

17 may 2024 , 09:35