Yaşıl noxudun   FAYDALARI:  Tez-tez yeyin
19 mart 2024 15:05 (UTC +04:00)

Yaşıl noxudun FAYDALARI: Tez-tez yeyin

Mütəxəssislər yaşıl noxudun bilinməyən faydalarını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yaşıl noxud qida rasionunda mütləq olmalıdır.

Yalnız təzə deyil, həm də dondurulmuş və ya konservləşdirilmiş məhsulları seçə bilərsiniz. Onun tərkibində adətən dəmirin gündəlik dəyərinin 7 faizinə qədəri var ki, bu da anemiyanın qarşısının alınması üçün xüsusilə vacibdir.

Bundan əlavə, yalnız 100 qram yaşıl noxudda təxminən 8 qram protein və lif var.

Mütəxəssis əlavə edib ki, noxud B, K, C vitaminləri ilə yanaşı, fol turşusu və antioksidantların mənbəyidir.

# 2259
avatar

Arzu Qurbanlı

Oxşar yazılar