Xoruldamanın həyatinız üçün təhlükəli  növləri barədə XƏBƏRDARLIQ
30 may 2024 14:48 (UTC +04:00)

Xoruldamanın həyatinız üçün təhlükəli növləri barədə XƏBƏRDARLIQ

Pulmonoloq Yana İsaeva xoruldamanın həyati təhlükəsini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, xoruldama aritmiya və hipertoniyaya səbəb ola bilər.

Onun sözlərinə görə, xoruldamaq yuxu zamanı tənəffüsün dayandığı bir xəstəlik olan obstruktiv yuxu apne sindromunun (OSA) əlaməti ola bilər:

“Bu, yuxu zamanı əzələlərin rahatlaması və tənəffüs yollarının hava axınına maneəyə çevrilməsi zamanı baş verir. Zamanla obstruktiv yuxu apne sindromu ağırlaşmalarla müşayiət olunur: ürək problemləri (aritmiya, hipertoniya, ürək çatışmazlığı, ağciyər hipertenziyası), idrak funksiyasının azalması və karbohidrat mübadiləsinin pozulması (məsələn, diabet). Bu fəsadlar ölümcül ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Arzu Qurbanlı

Oxşar yazılar