Xərçəngin diaqnostikasında YENİLİK
09 yanvar 2022 10:02 (UTC +04:00)

Xərçəngin diaqnostikasında YENİLİK

İnsan orqanizmində xərçəngin diaqnostikasının yeni üsulu tapılıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, İngiltərənin Oksford Universitetinin alimləri xəstənin qanında metabolitlər adlanan kimyəvi maddələri ölçməklə işləyən qan testi hazırlayıblar.

Testdə qandakı metabolitləri ölçmək üçün maqnit sahələri və radio dalğaları istifadə edilərkən, insan orqanizmində xərçəngin olub-olmaması, əgər varsa yayılıb-yayılmaması asanlıqla öyrənilə bilər.

Tədqiqatçılar izah etdilər ki, test bir sıra müxtəlif xərçəng növlərini aşkar edə və hətta qeyri-spesifik simptomları olan xəstələrdə də xərçəngin varlığını müəyyən edə bilər.

Alimlər bildirirlər ki, test həm sürətli, həm də ucuz olduğu üçün xərçəngin erkən diaqnostikasındakı maneələri aradan qaldıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Oxşar yazılar