Xərçəng xəstəliyinin 10 əsas əlaməti
03 aprel 2023 15:34 (UTC +04:00)

Xərçəng xəstəliyinin 10 əsas əlaməti

Xərçəng məkrli bir xəstəlik olsa da, növlərinə görə fərqli əlamətlər yarada bilər. Ancaq bu əlamətlər digər xəstəliklərlə qarışdırıldığı üçün bəzən nəzərə alınmır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyin erkən diaqnozu və müalicəsi həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən də orqanizmin verdiyi siqnalları nəzərə almaq lazımdır.

1.Yorğunluq

Ən çox görülən xərçəng əlamətlərindən biridir. Amma hər yorğunluq xərçəng demək deyil. Xərçəngə bağlı yorğunluğu ayırd edəcək mühüm faktorlardan biri də bu yorğunluğun istirahətlə getməməsi və daha şiddətli olmasıdır.

2. Arıqlamaq

Fərqli faktorlara görə hər kəsin çəkisində dəyişikliklər ola bilər. Bununla belə, ümumi bədən çəkisinin 10 faizdən çox çəki itkisi və iştahsızlıq xərçəngin əlasmətlərindən biridir. 

3. İştahsızlıq

Xəstələr aclıq hiss etmirlər. Udqunmaqda çətinlik, qarın ağrısı, ürəkbulanma və qusma xərçəng şübhəsini artıran digər amillərdir.

4. Şişkinlik 

Bədənin hər hansı bir yerində daha əvvəl görmədiyimiz bir şiş olarsa, mütləq həkimə müraciət etməlisiniz. Xüsusilə sinədə bu şişin olması şübhələrimizi artıracaq amillərdəndir.

5. Ağrı

Bədənin bir hissəsində səbəbsiz yerə meydana gələn və bu ağrının getməməsi, rahatlaşdırıcı dərmanlara və müdaxilələrə baxmayaraq davam etməsi və artması xərçəngi düşündürən əlamətlər arasındadır.

6. Dəridə dəyişikliklər

Dəridə sağalmayan yara və ya dərinin saralması da şübhə yarada biləcək əlamətlərdir. Heç bir səbəb olmadan bədənin hər hansı bir yerində qanaxma və göyərmələr xərçəng baxımından şübhə doğurmalıdır.

7. Davamlı öskürək

Uzun və davamlı öskürək halında həkimə müraciət etmək lazımdır. Xüsusilə də bu şikayətini siqaretlə əlaqələndirən insanlar daha diqqətli olmalıdırlar.

8. Sidiyə getmə ilə bağlı şikayətlər

Sidiyə gedərkən ağrı, qan görmə və ya adi haldan daha tez-tez sidiyə getmə ehtiyacı xərçəng baxımından şübhə doğuran əlamətlərdir.

9. Qızdırma və tərləmə

38 dərəcəni keçən və heç bir infeksiya ilə əlaqəli olmayan hərarət xərçəng baxımından əhəmiyyətli bir əlamət ola bilər.

10. Udma pozğunluğu

Bu, yemək borusu və ya mədənin girişindəki qapaq problemi, reflü, iflic, Parkinson, Alzheimer kimi nevroloji xəstəliklərdən qaynaqlana bilər və ya xərçəngin əlaməti ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Arzu Qurbanlı

Oxşar yazılar