Vertigo həyat keyfiyyətini aşağı salan problemdir. Türkiyədə baş verən zəlzələdən sonra fəlakət qurbanları arasında çoxlu narahatlıqlar yaranıb. “Başgicəllənmə” olaraq da bilinən vertigo bu problemlərdən biridir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dünya əhalisinin demək olar ki, 10 faizində olan başgicəllənmə həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Bu xəstəliyin həlli sadəcə düzgün diaqnoz qoymaq və müalicə etməkdir.
Araşdırmalara görə, vertigoya səbəb olan bir çox sağlamlıq problemi var.
Vertigonun səbəbi epilepsiya, miqren, beyin şişləri və psixoloji xəstəliklər də ola bilər.
Hər yaş qrupunda baş verə bilən vertigo kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Əslində, hər üç nəfərdən birinin həyatının bir mərhələsində vertigo yaşadığı ifadə edilir.
Bundan əlavə, başgicəllənmə post-travmatik stress pozğunluğu olanlarda və yüksək narahatlıq keçirənlərdə daha asan olur.