Uşaqlarda  qəbizliyin   qarşısını necə ala bilərik?
14 fevral 2023 13:17 (UTC +04:00)

Uşaqlarda qəbizliyin qarşısını necə ala bilərik?

Uşaqların düzgün və sağlam qidalanmaması qəbizliyin yaranmasına səbəb ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bitki mənşəli qidalar qəbizliyin qarşısını almağa kömək edir.

Bitki çayları

Bir çox bitki çayları, xüsusilə çobanyastığı çayı uşağın qısa müddətdə qəbizlikdən xilas olmasına kömək edər.

Meyvələr

Uşağa gündə ən az 2 porsiya armud, üzüm, gavalı, yemiş, ərik, əncir, xurma kimi meyvələr verilməlidir.

Tərəvəzlər

Kələm, brokoli, gül kələmi, lobya və balqabaq kimi tərəvəzlər qəbizliyin qarşısını alır. Tərəvəz yemək istəməyən uşaqlara xiyar və ya qaynadılmış qarğıdalı yedizdirmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Arzu Qurbanlı

Oxşar yazılar