Ürəyə faydalı səhər yeməyi ərzaqları  AÇIQLANDI
01 yanvar 2022 18:52 (UTC +04:00)

Ürəyə faydalı səhər yeməyi ərzaqları AÇIQLANDI

ABŞ dietoloqları ürək sağlamlığını dəstəkləyə biləcək səhər yeməyi qidalarının adını açıqlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk növbədə, mütəxəssislər yulaf əzməsi, tərəvəzli omlet, yumurta və giləmeyvə ilə tam taxıl çörəyinə diqqət yetirməyi tövsiyə edir.

“Yulafın tərkibindəki lif bədəni artıq xolesterindən təmizləməyə kömək edir. Bundan əlavə, faydalı bağırsaq bakteriyalarını qidalandırır və artıq çəki və qan şəkərinin səviyyəsinə nəzarətə kömək edir. Bütün bunlar ürəyin sağlamlığına müsbət təsir göstərir", - dieotoloq Trista Best vurğulayıb.
 
Bestin fikrincə, tərəvəzli omlet ilə səhər yeməyi yeyirsinizsə, bədən yumurtadan orta miqdarda protein və tərəvəzlərdən lif alacaq.

Harvard Universitetinin araşdırmasına görə, kolbasa və ya donuz kimi ətlərlə omlet bişirmək ürək xəstəliyi riskini 42 faiz artıra bilər.

Dietoloq Janet Koulman hesab edir ki, onun həmkarları tez-tez çörəyi zərərli hesab edirlər, lakin yumurta ilə birləşən bütün taxıl məhsulları ürək üçün sağlam ola bilər.

“Tam taxıl çörəyi bədəndən pis xolesterolu çıxarmağa kömək edir, ona görə də adi ağ çörək əvəzinə ondan istifadə etməlisiniz. Yumurta həmçinin Omeqa-3 doymamış yağ turşuları ilə xolesterol səviyyəsini aşağı salır”, - Koulman deyib.

Xolesterinlə mübarizə aparmaqdan əlavə, o əlavə edib ki, yumurta və tam taxıl çörəyindən ibarət səhər yeməyi daha uzun müddət tox qalmağınıza və çox yeməkdən qaçmağınıza kömək edəcək ki, bu da ürək üçün faydalıdır.

Dietoloq Morqin Kler səhər yeməyinizə giləmeyvə əlavə etməyi məsləhət görür, çünki onların tərkibində ürək üçün faydalı olan antioksidanlar var.

“Giləmeyvələrin tərkibindəki polifenollar və folatlar ürəyi qoruyur və ürək-damar xəstəlikləri riskini azaldır, dəmir isə qan axınını yaxşılaşdırır”, - Klep vurğulayıb.

Daha əvvəl hindistanlı dietoloq Nmami Aqarval qışda necə kökəlməmək lazım olduğunu söyləyib. O, fiziki fəaliyyətə uyğun pəhriz qurmağı məsləhət görüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5817
avatar

Oxşar yazılar