Alimlər insanların uşaqlıqdan istehlak etməyə başladığı ürək və damar sağlamlığı üçün ən təhlükəli məhsulun adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, ürəyə zərərli olan yeganə şey yağ və duzdur.
Bir il ərzində hər gün çips yesəniz, bədəninizə təxminən stəkanın 4-də 3-ü qədər duz daxil olacaq. Bu, şübhəsiz ki, qan təzyiqinizə təsir edəcək. Eyni zamanda xolesterin və qan şəkərinin səviyyəsi yüksələcək. Bütün bunlar qan damarlarının vəziyyətinə mənfi təsir göstərir.
Dəyişikliklər çips yedikdən bir neçə saat ərzində hiss oluna bilər.