Yay aylarının əvəzolunmaz meyvələrindən olan üzüm çox dadlı olmaqla yanaşı, həm də şəfa mənbəyidir.
Vitamin və minerallar, xüsusilə K, C, A və B vitaminləri ilə kalium, natrium, fosfor və maqnezium baxımından zəngin bir meyvə olan üzümün ən əhəmiyyətli xüsusiyyəti çox güclü antioksidant olmasıdır. Üzümün tərkibindəki resveratrol və antosiyanin kimi antioksidanlarla bədənimizdəki hüceyrələri yeniləyir. Beləliklə də, xərçəng başda olmaqla bir çox xəstəliyə tutulma riskini azaldır və dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Lent.az üzüm haqqında bilmədiyimiz faydaları haqqında məlumat verir.
COVID-19-a qarşı orqanizmin müqavimətini artırır
Xüsusilə, tərkibindəki C vitamini və polifenollarla zəngin antioksidant sayəsində immunitet sistemini gücləndirir. Beləliklə, bədənin infeksiyalara, xüsusən də COVID-19-a qarşı müqavimətini artırır.
Ürək sağlamlığı üçün vacibdir
Üzüm ürək sağlamlığını qoruyan ən əhəmiyyətli meyvələrdəndir. Tərkibindəki güclü antioksidant resveratrol sayəsində xolesterinin udulmasının qarşısını alır. Bu təsiri ilə xolesterin səviyyəsinin azalmasına kömək edir. Araşdırmalar göstərir ki, xüsusilə qırmızı üzüm xolesterolu salmaqda daha təsirli olur. Tərkibindəki yüksək kalium ilə üzüm təzyiqi salmaqda da faydalıdır.
Xərçəngə qarşı qoruyucu təsir göstərir
Xüsusilə toxumları ilə birlikdə istehlak edildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin funksiyalarını poza və zəhərli təsirlərini azalda bilər.
Qocalmanı gecikdirir
Bədənimizdə olan zərərli maddələrlə mübarizə apararaq dərinin qocalmasını gecikdirir. Hüceyrə bərpası xüsusiyyəti ilə də dərimizi sağlam göstərir.
Pəhrizlər zamanı yaxşı bir şirin alternativ
Qidalanma və Pəhriz Mütəxəssisi Deniz Nadide Can üzümün də arıqlamağa kömək etdiyinə diqqət çəkərək, “Üzüm şəkərli və lifli bir meyvədir, yarısı sudur. Təbii meyvə şəkəri və bədəndəki iltihabı azaldan antioksidant təsiri ilə arıqlama pəhrizlərində yaxşı bir şirin alternativ ola bilər. deyir.
Göz sağlamlığını dəstəkləyir
Üzümün tərkibindəki resveratrol sayəsində gözdəki tor qişa hüceyrələrini günəşin zərərli təsirlərindən qoruduğunu göstərən araşdırmalar var. Üzümdə lutein və zeaksantin kimi göz sağlamlığını dəstəkləyən digər antioksidanlar da var. Bəzi tədqiqatlar göstərir ki, bu birləşmələr gözləri mavi işığın zədələnməsindən qorumağa kömək edir.
Qan təzyiqini aşağı salmaqda təsirlidir
Araşdırmalar göstərir ki, az miqdarda kalium qəbulu yüksək qan təzyiqi və insult riskini artırır. Üzüm yüksək kalium tərkibi ilə qan təzyiqini dəstəkləməyə kömək edir.
Qəbizliyin qarşısını ala bilər
Qidalanma və Pəhriz Mütəxəssisi Deniz Nadide Can, xroniki qəbizliyin xərçəng riskini artırdığını ifadə edərək, “Üzüm müntəzəm olaraq istehlak edildikdə bol lif tərkibi ilə qəbizliyin qarşısını ala bilər. Bu təsir sayəsində kolon xərçəngi riskini azaldır” deyib.