Britaniyanın əczaçılıq şirkətləri yüksək təzyiq dərmanı tədarükü üçün sifarişləri ləğv etməyə başlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, fakt budur ki, populyar dərmanların tərkibində ölümcül kimyəvi maddələr tapılıb. Söhbət partlayıcı kimyəvi birləşmə olan azidotetrazolatdan gedir.
Bir sıra təhlükəli xüsusiyyətlərə əlavə olaraq, dərmanlarda təsbit edilən elementin də kanserogen olduğu ortaya çıxıb.
Bu dərmanlar ən azı iki ildir bazarda olub və təxmini hesablamalara görə, ən azı bir milyon britaniyalı bunları yalnız bir il ərzində ala bilər.
Bununla birlikdə, onkoloji riski haqqında heç bir məlumat olmadığı kimi, həbin də partlayışa səbəb ola biləcəyinə dair bir dəlil yoxdur.
Böyük Britaniyanın Tibb və Səhiyyə agentliyi, bu həbləri həkimin göstərişi ilə qəbul edən xəstələrə müraciət edib.
Ekspertlər, ağırlaşmalara səbəb olmamaq üçün müalicə kursunu kəsməməyi xahiş edirlər.
Bəzi təhlükəli dərmanlar artıq dövriyyədən çıxarılıb, bəziləri hələ satışdadır.