Tənbəllərin NƏZƏRİNƏ!  - Fiziki fəaliyyət xərçəng riskini azaldır
05 may 2023 10:32 (UTC +04:00)

Tənbəllərin NƏZƏRİNƏ! - Fiziki fəaliyyət xərçəng riskini azaldır

Turku Universitetinin fin alimləri və İsveçin Karolinska İnstitutundan olan həmkarları fiziki fəaliyyət xərçəngin inkişaf riskini azaltdığını müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, iki tədqiqatda yaxınlarda süd vəzində lenfoma və neoplazma diaqnozu qoyulmuş 28 xəstənin məlumatları araşdırılıb.

Məlum olub ki, məşq zamanı limfomalı xəstələrin qanında sitotoksik T hüceyrələrinin və NK hüceyrələrinin sayı artıb. Döş xərçəngi xəstələrində məşq ümumi ağ qan hüceyrələrinin sayını, ara monositləri artırır. 

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, təxminən on dəqiqəlik yüngül və orta intensivlikli məşq xərçənglə mübarizə aparmaq üçün lazım olan immun hüceyrələrin sayının artmasına səbəb olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Arzu Qurbanlı

Oxşar yazılar