Çəkiyə nəzarət və düzgün qidalanma təhlükəli xəstəliklərdən qoruya bilər. Mütəxəssislər təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskini xeyli artıran 3 məhsulu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sağlamlığı və rifahınızı yaxşılaşdırmaq üçün bu qidalardan uzaq durmalıyıq.
Qırmızı ət, o cümlədən quzu, mal, keçi və donuz əti damar sisteminin vəziyyətinə mənfi təsir göstərir və həzm sisteminin işini çətinləşdirir. Həftədə 500 qramdan az qırmızı ət yemək tövsiyə olunur.
Kolbasa və sosiska kimi işlənmiş ətlərdə sağlamlığınıza zərər verə biləcək maddələr var. Mütəxəssislər işlənmiş ətdən imtina etməyi tövsiyə edirlər
Alkoqol istənilən dozada zərərlidir. Həddindən artıq spirt istehlakı daha yüksək bağırsaq xərçəngi riski ilə əlaqələndirilir, artıq çəki və ya piylənməyə kömək edə bilər. Spirt istehlakı qaraciyər, süd vəzi xərçənginə səbəb olur.