Türkiyəli həkim Nafiye Karakaş Yılmaz süni mayalanma müalicəsinə mənfi təsir edən amilləri açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Nafiye Karakaş müalicənin gedişatında ən əhəmiyyətli faktorun ananın yaşı olduğunu bildirib.
Onun sözlərinə görə, ananın yaşı həm yumurta ehtiyatı, həm də yumurta keyfiyyəti baxımından əhəmiyyətlidir:
“Ananın yumurtalıq ehtiyatının yaxşı olması süni mayalanma prosesində müsbət rol oynayır. Bundan başqa bu gün cütlüklərin təxminən 50%-də sonsuzluq aşkar edilir. Əksər hallarda kişi sonsuzluğunun səbəbi genetik faktorlar, hormonal problemlər, infeksiya, siqaret, spirt istifadəsi, ətraf mühit faktorları, kimyəvi təsirlər və artıq çəki ola bilər”.