Alimlər süd vəzi xərçəngindən qorunmağın sadə yollarını tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu üsullar süd vəzi xərçəngi inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.
Bunun üçün çəkinizi izləmək və xüsusilə menopozdan sonra əlavə kilolardan qurtulmağa çalışmaq məsləhət görülür. Alkoqol istehlakını minimuma endirmək və ya spirtdən tamamilə imtina etmək də vacibdir.
Başqa bir tövsiyə ana südü ilə bağlıdır. Elm adamları hesab edirlər ki, doğumdan sonra tıxanıqlığı minimuma endirmək üçün uşağı ana südü ilə qidalandırmaq daha yaxşıdır. Bundan əlavə, siz müntəzəm olaraq məşq etməlisiniz və ya sadəcə çöldə gəzməlisiniz,
Qeyd edək ki, süd vəzo=i xərçəngi dünyada ən çox yayılmış xərçəng növüdür.