Soyuq havalarda hansı meyvələr qəbul edilməlidir? - DİETOLOQ DANIŞDI
31 yanvar 2023 09:24 (UTC +04:00)

Soyuq havalarda hansı meyvələr qəbul edilməlidir? - DİETOLOQ DANIŞDI

Dietoloq Anton Burkin soyuq havalarda insan orqanizmi üçün ən faydalı, vitamin və qidalandırıcı məhsulların adını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq bildrib ki, xurmanın tərkibində yod, A və C vitaminləri, kalsium, xrom və maqnezium var. 

Onun sözlərinə görə, tərkibndə qlükoza çox olduğuna görə xurma şəkərli diabetdən əziyyət çəkən insanlar üçün əks göstərişdir. 

Dietoloq tərkibində D vitamini və orqanizmdə metabolik prosesləri sürətləndirən və pis xolesterinin əmələ gəlməsini maneə törədən sinefrin olan naringilərin faydalarından da danışıb:

“Naringinin yüksək kalium və aşağı natrium tərkibi də qan təzyiqini tarazlamağa kömək edir. Naringi A vitamini və karotenoidlərlə zəngin bir meyvə olduğundan gözü sarı ləkə xəstəliyindən qoruyur. Eyni zamanda gözdəki təzyiqi azaldaraq göz sağlamlığına qoruyucu təsir göstərir".

# 1620
avatar

Arzu Qurbanlı

Oxşar yazılar