Siqareti tərgitdikdən sonra immunitet sistemində nə baş verir?
26 fevral 2024 09:36 (UTC +04:00)

Siqareti tərgitdikdən sonra immunitet sistemində nə baş verir?

Siqaret çəkmək hətta onu tərgitdikdən sonra da immunitet sisteminin normal işləməsini çətinləşdirir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Paster İnstitutunun və İsveçin Karolinska İnstitutunun bioloqları və tibb mütəxəssisləri tərəfindən aparılan yeni araşdırma siqaretin immunitet sisteminə təsirinin əvvəllər düşünüldüyündən qat-qat ciddi olduğunu müəyyən ediblər.

Tədqiqatın nəticələri göstərib ki, bu pis vərdişdən əl çəkdikdən sonra da immunitet sisteminə mənfi təsirlər uzun illər davam edir.

İnsanın immun sistemi orqanizmi patogenlərdən qorumaqda mühüm rol oynayır. Bədənimiz bir infeksiya ilə qarşılaşdıqda, immunitet sisteminin hüceyrələri aktivləşir və sitokinlər - immun cavabını və iltihabi prosesləri əlaqələndirən aşağı molekulyar çəki zülalları istehsal etməyə başlayır. Lakin siqaret, elm adamlarının aşkar etdiyi kimi, bu prosesi ciddi şəkildə pozur.

1000 sağlam insan haqqında məlumatları təhlil edən tədqiqatçılar siqaret, latent sitomeqalovirus infeksiyası və bədən kütləsi indeksinin sitokin istehsalındakı dəyişkənliyə ən çox təsir etdiyini aşkar ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, hətta siqareti tərgitdikdən sonra da onun adaptiv immun reaksiyasına mənfi təsirləri uzun illər davam edir.

Bu o deməkdir ki, siqaret nəinki immunitet sistemi ilə bağlı xəstəliklərin inkişaf riskini artırır, həm də siqareti dayandırdıqdan sonra da onun normal fəaliyyətini çətinləşdirir.

Alimlər siqaretlə yanaşı, bədən kütləsi indeksinin və sitomeqalovirus infeksiyasının da sitokin ifrazına əhəmiyyətli təsir göstərdiyini müəyyən ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4323
avatar

Arzu Qurbanlı

Oxşar yazılar