Həkimlər səhər yeməyində bəzi qidalardan imtina etməyi məsləhət görürlər.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkimlər bildirirlər ki, sağlam olmaq və müəyyən xəstəliklərin inkişafının qarşısını almaq üçün səhərlər bəzi qidaları acqarına istehlak etmək olmaz.
Qatıq
İstehsalçılar bu məhsullara şəkər, həmçinin çoxsaylı kimyəvi dadlandırıcılar əlavə edirlər. Əlbəttə ki, belə bir qida sağlamlığınız üçün heç də yaxşı bir qida deyil. Buna görə də ətirli qatıqları şəkərsiz adi yunan ilə əvəz etmək və ona az miqdarda giləmeyvə əlavə etmək daha yaxşıdır.
Taxıl tərkibli qidalar
Adətən insanlar səhər yeməyində bu cür qidalara üstünlük verirlər. Taxıl tərkibli qidaların səhər yeməyində istehlak edilməsi diabet, piylənmə və ürək xəstəliklərinə səbəb ola bilər.
Qəhvə
Əgər siz acqarına qəhvə içsəniz, bu sağlamlığınıza zərər verə bilər.
Ağ çörək
Ağ çörəyin həddindən artıq istehlak edilməsi artıq çəkiyə səbəb olur. Buna görə səhərlər ağ çörəyi pendir və avokado ilə yemək daha yaxşıdır.
Tort
Tortlar adətən bitki yağı, çoxlu şəkər və undan hazırlanır. Sağlamlığınıza zərər vermək istəmirsinizsə, səhər yeməyində tortdan imtina etmək məsləhətlidir.