Şaxtalı havada spirtli içki içmək olar?
23 fevral 2021 09:38 (UTC +04:00)

Şaxtalı havada spirtli içki içmək olar?

Soyuq, şaxtalı havada araq içib, açıq havaya, küçəyə çıxmaq təhlükəlidir.

Rusiyalı həkim psixiatr arağın minimal zərərli dozasını açıqlayıb.

“Alkoqolun 30 milliqramlıq dozası standart dozadır və sağlamlıq üçün az təhlükəlidir. Bir gecədə ancaq 3 belə doza içmək olar, çox olmaz”.
Araq içib soyuq, şaxtalı küçəyə çıxmaq, idman etmək, yürüş etmək çox təhlükəlidir. Alkoqol damarları genişləndirir, bədəni isitmir. İnsana damarlar genişləndiyindən elə gəlir ki, isinir, amma bu vəziyyət bir azdan damarların kəskin yığılmasına, orqanizmin donmasına, temperaturun çox aşağı düşməsinə və letal sonluğa gətirib çıxara bilər.

Küçədə ancaq qlintveyn kimi içki ilə qızınmaq olar. Bu içkinin tərkibində ədviyyatlar var.

(Medicina.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar