Satışdakı kosmetik məhsullar SAXTA ÇIXDI – 203 növ
25 yanvar 2023 12:01 (UTC +04:00)

Satışdakı kosmetik məhsullar SAXTA ÇIXDI– 203 növ

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən insan sağlamlığına təhlükə yaradan kosmetik məhsulların aşkar edilməsi məqsədilə bazarda yoxlamalar aparılıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan yoxlamalarda 203 növ saxta kosmetik məhsul aşkar olunub. 

Belə ki, düzgün olmayan və qeyri-qənaətbəxş olduğu müəyyən edilən 178 məhsula görə, 545 min 340 lirə məbləğində cərimə tətbiq edilib. 

52 min 890 şüşə saxta ətir və dezodorant isə qeyri-qənaətbəxş məhsulların miqyasına daxil edilərək məhv edilib. 

Aparılan yoxlamalar nəticəsində 25 adda məhsulun texniki reqlamentə uyğun, 5 məhsulun lisenziyasız və 1 məhsulun qeyri-qənaətbəxş olduğu müəyyən edilib. 

Qeyd edək ki, texniki normativ-hüquqi aktlara və inhisarçılıq qaydalarına əməl edilməməsinə görə, sahibkarlara ümumilikdə 241 min 720 lira məbləğində cərimə tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Arzu Qurbanlı

Oxşar yazılar