Sarımsaqdan sonra nə yemək lazımdır ki, qoxusu gəlməsin?
04 mart 2024 13:22 (UTC +04:00)

Sarımsaqdan sonra nə yemək lazımdır ki, qoxusu gəlməsin?

Sarımsaq yedikdən sonra ağız qoxusundan xilas olmaq asan məsələ deyil. Dişləri hərtərəfli fırçalamaq belə bu problemin öhdəsindən gəlmir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq təsirli bir yol var. Xoşagəlməz qoxudan xilas olmaq üçün sarımsaqdan sonra bir neçə qaşıq qatıq yemək lazımdır.

Yağ tərkibi nə qədər yüksək olsa, qatıq bir o qədər yaxşı iş görəcək. Süd, alma, kahı və nanə yemək də sarımsağın qoxusunu neytrallaşdırmağa kömək edir.

# 80322
avatar

Arzu Qurbanlı

Oxşar yazılar