Türkiyəli həkim-mütəxəssis Yunus Emre Yıldırım saç tökülməsinin əsas səbəbini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkim bildirib ki, yanlış qidalanma vərdişləri saç tökülməsinə təsir edən mühüm amillər arasındadır.
Onun sözlərinə görə, saç tökülməsi həm qadınların, həm də kişilərin şikayət etdiyi problemlər arasındadır:
“Saçların həddindən çox tökülməsi problem olduğunu göstərir. Yanlış qidalanma vərdişləri saç tökülməsinin əsas səbəblərindəndir. Məlum olduğu kimi, saç canlı bir orqandır və saçların böyüməsi üçün düzgün qidalanmaq mühüm yer tutur. Belə ki, mənşəyi bilinməyən, tez hazırlanan qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Qazlı içkilər, cipslər, kolbasa və sosika kimi işləınmiş ətlərin istehlakı saç tökülməsinə səbəb olur”.