“Quş qripi” pandemiyası   təhlükəsi barədə XƏBƏRDARLIQ
05 iyul 2024 19:03 (UTC +04:00)

“Quş qripi” pandemiyası təhlükəsi barədə XƏBƏRDARLIQ

H5N1 virusu onilliklər ərzində quşlar arasında dövr edir, ilk dəfə Asiyada görünsə də, sonra bütün dünyaya yayılır. Məsələn, əvvəllər Aşağı Saksoniyada “quş qripi”nin yayılması nəticəsində 90 mindən çox quş məhv edilməli olub.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, 2021-ci ildə “quş qripi” Şimali Amerikaya çatıb və inəklər ilk dəfə 2023-cü ilin payızında orada yoluxublar. İndi infeksiya dalğası 12 ştatda yayılır. Tədqiqatçılar insanların da virusa yoluxa biləcəyinə inanırlar. Üstəlik, böyük ehtimalla, sonradan insandan insana keçə bilər.

Cenevrə Universitetinin virusoloqu və inkişaf etməkdə olan virus xəstəliklər mərkəzinin rəhbəri İzabella Ekkerle deyib: "İnsanlara yoluxma ehtimalı virusun müxtəlif məməlilər arasında daha uzun və daha geniş yayıldığı qədər artır".

Harvarddan olan epidemioloq Maykl Mina deyir ki, ABŞ səlahiyyətliləri xəstəliyin yayılmasına qarşı kifayət qədər tədbirlər görməməklə "odla oynayırlar". Bu arada, H5N1 virusu artıq siçan və pişiklərdə aşkar edilib.

ABŞ Xəstəliklərə nəzarət mərkəzinin məlumatına görə, virus insanlarda yüngül yuxarı tənəffüs yolları və göz infeksiyalarına, həmçinin pnevmoniya kimi potensial ölümcül xəstəliklərə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya üzrə keçmiş eksperti professor Klaus Ster bildirib ki, “quş qripi” virusu hazırda bütün dünyada vəhşi quşlar arasında geniş yayılıb və onun insanlara uyğunlaşma riskini artırır.

Eyni zamanda, onun sözlərinə görə, hazırda “quş qripi” insandan insana keçmir.

“Hazırda insanlar arasında xəstəliklər və ölüm halları çox nadirdir. Bu, yoluxmuş heyvanlarla çox intensiv təmas tələb edir və yoluxmuş insanlar virusu ötürmürlər”, - Ster əlavə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar