Otorinolarinqoloq Vladimir Zaitsev qaymoritdən qurtulmağın yollarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qaymoritdən qaçmaq üçün burnunuzla nəfəs almalı və gəzməlisiniz.
Onun sözlərinə görə, burun istənilən vəziyyətdə və ilin istənilən vaxtında, istənilən şəraitdə yaxşı nəfəs almalıdır:
“Yatmazdan əvvəl otağı havalandırmaq və çoxlu hərəkət etmək çox vacibdir ki, selikli qişalar durğunluq vəziyyətində olmasın. Həmçinin çöldə daha çox vaxt keçirməyi, yeriyərkən burunla nəfəs alıb və ağızdan nəfəs vermək vacibdir”.