Qarpız-yemişi dənizdə yeməyin- Mütəxəssislər xəbərdarlıq edir
30 iyun 2025 10:45 (UTC +04:00)

Qarpız-yemişi dənizdə yeməyin- Mütəxəssislər xəbərdarlıq edir

Yayın ən yaxşı fəaliyyətlərindən biri çimərliyə getməkdir. Hamının yalnızca çimmək üçün getdiyi dənizə biz milli xüsusiyyətimizə uyğun həm də, yeməyə gedirik. Bakının sahilində çox az adamı dənizə gedərkən qarpız-yemişsiz, pendir-çörəksiz görmək olar.

Soyuq sudan çıxıb, saatlarla gün altında qalan qarpız-yemişi yemək faydalıdırmı?

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bədən temperaturu ilə qidanın temperaturu arasındakı kəskin fərq sağlamlıq riskləri yarada bilər:

Dənizdən çıxmış bədənin daxili istiliyi aşağı olur, bu zaman soyuq qidaların, xüsusilə də qarpız, yemiş kimi sulu meyvələrin qəbul edilməsi mədə spazmı və qıcqırma və bağırsaq pozğunluqları yarana bilər. Hətta soyuq meyvə və giləmevələr həssas şəxslərdə ürəkbulanma və başgicəllənmə də yaradır. 

Qarpız bu şəxslər üçün daha risklidir

Qarpız və yemiş yayda bədənə su və enerji verən əla meyvələrdir. Onlar A, C vitamini, elektrolitlər və antioksidantlarla zəngindir. Lakin bu meyvələrin çox soyuq halda, dənizdən dərhal sonra yeyilməsi orqanizm üçün uyğun deyil. Bu, xüsusilə uşaqlar, yaşlılar və zəif immuniteti olan şəxslər üçün risklidir.

Çimərlikdə meyvə yeməyin uyğun zamanı

Dənizdən çıxdıqdan ən azı 20-30 dəqiqə sonra meyvə yeyilməsi orqanizmdə yaranacaq problemlərin qarşısını alır. Bu zaman diqqət edilməli olan məqam meyvələrin kölgədə, amma çox soyuq olmayacaq şəkildə saxlanılmasıdır.  Çimərlikdə günəşin altında çox qalmış meyvələri yemək isə təhlükəlidir, çünki günəş şüaları onlardakı bakteriyaların sayını artırır. 

Dənizdən sonra ilıq və yüngül qidalar seçin

Dietoloqlar tövsiyyə edir ki, əgər dənizdən sonra aclıq hiss edirsinizsə, ilıq və yüngül qidalar seçin.Quru meyvələr (xurma, ərik), qatıq və ya kefir, suxari və s. kimi qidalar həm mədəni qoruyur, həm də bədənin enerji balansını bərpa etməyə kömək edir. 

Soyuq dənizdən çıxıb dərhal bu soyuq meyvə, giləmeyvə və tərəvəz yemək mədə-bağırsaq problemləri, hətta bədən temperaturunun pozulmasını ilə nəticələnə bilər. Sağlam və təhlükəsiz yay istirahəti üçün bədənə vaxt verin, meyvələri düzgün saxlayın və balanslı qidalanmanı unutmayın. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar