Qan şəkərinin səviyyəsini  normallaşdıran   içki
12 iyun 2023 18:59 (UTC +04:00)

Qan şəkərinin səviyyəsini normallaşdıran içki

Tanınmış dietoloq Tobi Smitson qan şəkərinin səviyyəsini effektiv şəkildə normallaşdıran içki reseptini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu içki evdə yalnız üç inqredientlə hazırlana bilər.

Şəkəri normallaşdırmaq üçün moruq, badam və çia toxumlarını qarışdırmaq və əldə edilən içkini gün ərzində içmək kifayətdir. Bu içki karbohidratları bədəndən sürətlə xaric edir. Bu da qan şəkərinin səviyyəsinin optimallaşdırılmasına gətirib çıxarır. Həmçinin xolesterini normallaşdıraraq və ateroskleroz riskini azaldaraq orqanizmə zərərli yağlardan qurtulmağa kömək edir.

Qeyd edək ki, qarpız, ananas, avokado, armud, alma, naringi, ərik, portağal, çiyələk, albalı və zoğal da qan şəkərinin səviyyəsini aşağı sala bilər. Buna görə də, bu içkidəki moruqları başqa bir giləmeyvə ilə əvəz etmək olduqca mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1952

Oxşar yazılar