Qadınlar üçün 8 faydalı xüsusiyyəti  olan ədviyyat
09 iyul 2024 18:15 (UTC +04:00)

Qadınlar üçün 8 faydalı xüsusiyyəti olan ədviyyat

Sarıkök antioksidan və iltihab əleyhinə fəaliyyətinə görə qadınlar üçün faydalı xüsusiyyətləri ilə tanınır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sarəkökün tam faydalarını müəyyən etmək üçün araşdırmalar hələ də davam edir. Amma bir sıra elmi araşdırmalar onun tibbin müxtəlif aspektlərində effektivliyini artıq nümayiş etdirib.

Alzheimer xəstəliyi və müxtəlif növ demans kimi beyin və yaddaşın pozulması ilə əlaqəli xəstəliklər beynin neyrotrofik fəaliyyətinin azalması nəticəsində yarana bilər. Sarıkök amiloid lövhələrinin əmələ gəlməsini azaltmaqla bu xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Tədqiqatlar həmçinin sarıkök ekstraktının antiinflamatuar və antioksidan xüsusiyyətlərinə, həmçinin əhval-ruhiyyəyə təsir etmə qabiliyyətinə görə Parkinson xəstəliyinin simptomlarını aradan qaldırmaq potensialına işarə edir.

Ürək-damar xəstəliklərinin bütün dünyada qadınlar arasında əsas ölüm səbəbi olduğunu nəzərə alsaq, sarıkök antiinflamatuar xüsusiyyətlərinə görə bu xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xərçəngi qadınlar arasında ölümün ikinci səbəbi olaraq siyahıya alır. Bir sıra tədqiqatlar kolon xərçəngi və limfoma da daxil olmaqla xərçəngin qarşısını almaq üçün zerdeçalın istifadəsinin mümkünlüyünə baxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Arzu Qurbanlı

Oxşar yazılar