Piyləri əridən  4 ədviyyat
06 fevral 2023 09:09 (UTC +04:00)

Piyləri əridən 4 ədviyyat

Bədəndəki piylərin əriməsini istəyirsinizsə, pəhriz siyahısına bəzi ədviyyatlar əlavə etməlisiniz. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bağırsaqları işlədən, maddələr mübadiləsini sürətləndirən bu ədviyyatlar arıqlama prosesini sürətləndirir. Arıqlamağınızı asanlaşdıran bir çox qida var.

Ədviyyatlar da tərkibindəki qida maddələri sayəsində arıqlama sürətinizi artırır. Bəzi ədviyyatlar aclıq böhranının qarşısını alır. Ədviyyatlar bu xüsusiyyətləri ilə bədənə çox faydalıdır.

Pul bibər

Pul bibəri yavaşlayan maddələr mübadiləsini aktivləşdirdiyindən həzm sisteminin nizamlı işləməsinə də kömək edir. Bağırsaq hərəkətlərini tənzimləyir, qəbizlik problemini aradan qaldırır. 

Sarıkök

Bir xörək qaşığı sarıkökdə təxminən 7 qram və orta hesabla 23,9 kalori var. Tərkibindəki qida maddəsi sayəsində sarıkök bədəndəki piylərin əriməsini asanlaşdırır. Aclığın qarşısını alaraq kalori qəbulunu məhdudlaşdırır.

Sarıkök müntəzəm istehlak edildikdə, bağırsaq hərəkətlərini tənzimləyir və həzmi asanlaşdırır. Sağlam arıqlamaq üçün pəhriz siyahısına sarıkök əlavə edə bilərsiniz. 

Darçın

Darçın bədəndəki piylərin asanlıqla əriməsinə kömək edir. Darçın hüceyrələrdə qlükozanın hərəkətinə kömək edir. 

Qara istiot

Qara istiot yeməklərə dad qatan ən çox istifadə edilən ədviyyatlardan biridir. Qara istiot arıqlamağa kömək edir. 1 xörək qaşığı qara bibər 6 qramdır və orta hesabla 15,9 kalori ehtiva edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Arzu Qurbanlı

Oxşar yazılar