Peyvəndin birinci dozası koronavirusa yoluxma riskini yarıya endirir –  ARAŞDIRMA
28 aprel 2021 19:33 (UTC +04:00)

Peyvəndin birinci dozası koronavirusa yoluxma riskini yarıya endirir – ARAŞDIRMA

Koronavirus peyvəndinin ilk dozası yoluxmuş insanlardan yoluxma ehtimalını yarıbayarı azaldır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu Britaniya hökumətinin Public Health England ictimai səhiyə xidmətinin araşdırması zamanı məlum olub. 

Məlumatlara görə, koronavirus ötürülməsi ehtimalı insanların Pfizer və ya AstraZeneca vaksininin ilk dozası ilə peyvənd olunduğu hallarda 38-49 faiz azalıb.

“Bu araşdırma onların (peyvəndlənənlərin) bu ölümcül virusun ötürülməsini də azaltdıqlarına dair real dəlillər ortaya qoyur”, Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Oxşar yazılar