Syuzi Forbs
15 aprel 2021 11:23 (UTC +04:00)

Syuzi Forbs

Peyvənd vurduran qadının həyatı CƏHƏNNƏMƏ DÖNDÜ

İngiltərənin Staffordşir qraflığından olan 49 yaşlı Syuzi Forbs koronavirusa qarşı AstraZeneca / Oxford peyvəndi vurulandan bir neçə saat sonra həyatı cəhənnəmə dönüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Syuzinin bədəni şişməyə başlayıb, sızanaqlar əmələ gəlib, dərisi altına su yığılıb.

“Mənə elə gəldi ki, "Yadplanetlidə" idim, çünki əlimdə hava ilə doldurulmuş şəffaf topcuqlar əmələ gəlmişdi. Dəhşətli idi. Üzüm nəhəng oldu. Sanki bir canavar idim", - qadın deyib.

Başına gələnlərdən qorxuya düşən qız daha yaşaya bilməyəcəyini düşünərək xəstəxanaya mütaciət etməsi üçün anasına yalvarıb.

Syuzinin sözlərinə grə, peyvəndlənməyə gedəndə həkimləri əvvəl penisilinə və doğuşa nəzarət həblərinə qarşı allergiyası olması ilə bağlı xəbərdarlıq edib.

Bundan əlavə qadın, immunitet sisteminin sinir hüceyrələrinə hücum etdiyi nadir Qiyena-Barré sindromundan da əziyyət çəkir.
 
O, eyni zamanda peyvəndlənməyə gedəndə biləyi qırıldığı üçün ağrı kəsiciləri də qəbul edirdi. Lakin həkim onu hər şeyin yaxşı olacağına inandırıb.
 
Nəticədə zərərçəkən xəstəyə antihistaminiklər və steroidlər yazılıb, ancaq əvvəlcə vəziyyət daha da pisləşib. Üç həftə keçəndən sonra şişlər, qızartılar çəkilməyə başlayıb.

Ancaq Syuzinin dediyinə görə bədənində hələ də artıq xilas ola bilməyəcəyi çapıqlar qalıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4947
avatar

Oxşar yazılar