Pəncərəni açıq qoyub  yatmayın - TƏHLÜKƏLİDİR
02 iyun 2025 18:26 (UTC +04:00)

Pəncərəni açıq qoyub yatmayın - TƏHLÜKƏLİDİR

Yaz-yay aylarında havaların isti keçməsi ilə pəncərələr açılır. Çox zaman gecələr də havanın tempuraturu yüksək olduğu üçün insanlar yataq otaqlarının pəncərəsini də açıq qoyaraq, yatırlar.

Bəs açıq pəncərə ilə yatmaq düzgündürmü? Bunun sağlamlığa zərəri varmı?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, açıq pəncərə önündə yatmağın bəzi zərərləri var. 

“Açıq pəncərə ilə yuxu sağlamlıq üçün faydalı ola bilər, lakin bəzi hallarda zərər də verə bilər. Belə yuxunun üstünlükləri və çatışmazlıqları bir çox amildən, küçədən gələn səslərdən, havanın temperaturundan və hava şəraitindən asılıdır. Bəs necə yatmaq daha yaxşıdır: pəncərə açıq, yoxsa bağlı?

Araşdırmalar bu barədə nə deyir?

Yayda açıq pəncərə ilə yatmaq olarmı?

Açıq pəncərələr otaqda hava axınını artırır, temperaturu dəyişir, ventilyasiyanı yaxşılaşdırır və karbon qazının miqdarını azaldır. Araşdırmalar zamanı açıq pəncərə ilə yatanlar daha yaxşı yatdıqlarını qeyd ediblər.

Araşdırma müəllifi, doktor Asit Mişra deyir: “Həyatımızın əhəmiyyətli hissəsini yataqda keçiririk, lakin yataq otağının havalandırılması və oradakı çirkləndirici maddələr kifayət qədər öyrənilməyib. Qapalı məkanda kifayət qədər havalandırma olmadıqda, müxtəlif çirkləndiricilərin təsirinə məruz qalırıq”. 

Yaxşı yuxu üçün havanın temperaturu önəmlidir

Otağın sərin olması yuxu üçün daha faydalıdır. Tamamilə bağlı otaqda gecə hava çox isti və havasız ola bilər, lakin pəncərə açıq saxlanılsa, otaq daha sərin olacaq. Bununla belə, əgər çöldə hava çox isti və ya çox soyuq olarsa, bu, yuxunu poza bilər.

Yağış, güclü külək, pərdələrin səs-küyü də yatmağa mane olur. Belə hallarda pəncərəni bağlayıb ventilyator və ya kondisioner qoşmaq daha yaxşıdır. Yaxşı yuxu üçün otağın optimal temperaturu +18-20°C hesab olunur.

Havanın rütubəti

Cleveland Klinikasının baş və boyun institutu rəhbəri, tibb doktoru Maykl Benninger bildirir: “Açıq pəncərədən gələn sərin hava nəfəs almağı asanlaşdırır, lakin yalnız hava çox quru deyilsə”.

Ekspertin sözlərinə görə, əgər siz quraq bölgədə yaşayırsınız və səhər boğaz ağrısı ilə oyanırsınızsa, bu, havanın çox quru olduğuna işarədir. Belə hallarda yataq otağında hava nəmləndiricisi istifadə edilməlidir və yuxu zamanı pəncərə bağlı saxlanmalıdır.

Küçədəki səs-küyü nəzərə alın

Pəncərəni açıq qoymazdan əvvəl küçədən gələn səsləri nəzərə alın. Əgər siz gecələr küçələrin gurultulu olduğu şəhərdə yaşayırsınızsa, açıq pəncərə ilə yatmaq sağlamlıq üçün daha çox zərər verə bilər. Hətta kənd yerlərində belə, vəhşi heyvanlar və ya quşlar yuxunu poza bilər.

Məsələn, quşlar çox vaxt hələ zəngli saatdan əvvəl oxumağa başlayır. Əgər yad səslərlə yatmaqda çətinlik çəkirsinizsə, pəncərəni bağlamaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar